Ana Sayfa > Media > Mikayıl Cabbarov şagirdləri təriflədi

Mikayıl Cabbarov şagirdləri təriflədi


14-06-2016, 12:10. Yazar: admin
Mikayıl Cabbarov şagirdləri təriflədi






Son 3 ildə Azərbaycanın ümumtəhsil məktəblərində buraxılış imtahanlarının nəticələri yüksəlib.

Aia.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Dövlət İmtahan Mərkəzi hər il orta məktəblərdə buraxılış imtahanlarının nəticələrini təhlil edir: "Bu il hələlik nəticələr müəyyənləşməyib. Amma son 3 ildə Azərbaycanın ümumtəhsil məktəblərində 9-cu sinif buraxılışı üzrə nəticələr 14 faiz yüksəlib. Bu da kifayət qədər yüksək dinamikanın göstəricisidir".


aia.az
Geri dön