Ana Sayfa > Özəl > Bəyin dostlarından görünməmiş zarafat

Bəyin dostlarından görünməmiş zarafat


29-11-2022, 10:16. Yazar: sevinc1
Bəyin dostlarından görünməmiş zarafat

Türkiyədə keçirilən toy mərasimində bəyə dostları tərəfindən mətbəx önlüyü geyindirilib, daha sonra qab-qacaq yuyulub.

Aia.az xəbər verir ki, Kahramanmaraşda toyda çəkilən video sosial mediada gündəm olub. Dostlarının bəyə etdiyi zarafat həm təəccübləndirib, həm də güldürüb.

Əminə və Ramazan Gök cütlüyünün şəhərdə keçirilən toyu maraqlı anlara şahidlik edib. Toyun sonunda keçirilən zinət mərasimində bəyin dostlarından biri ona mətbəx önlüyü geyindirib, digərləri isə müvafiq olaraq qab sabunu və boşqab hədiyyə ediblər. Nə baş verdiyini anlaya bilməyən bəy daha sonra gələnlərin gülüşləri arasında qab-qacaq yuyub.

Cəmil
Geri dön