Ana Sayfa > Ölkə > Gəncədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin icra etdiyi layihənin bağlanış mərasimi keçirilib

Gəncədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin icra etdiyi layihənin bağlanış mərasimi keçirilib


29-11-2022, 10:00. Yazar: sevinc1
Gəncədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin icra etdiyi layihənin bağlanış mərasimi keçirilib

Gəncədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin və “British Council” təşkilatının dəstəyi ilə Azərbaycanda ümumtəhsil müəssisələri müəllimlərinin ingilis dili biliklərinin keyfiyyətinin artırılmasına dair icra olunan layihənin bağlanış mərasimi keçirilib.
aia.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Milli Məclisin üzvü Müşfiq Cəfərov, “British Council”un Geniş Avropa bölməsinin imtahanlar üzrə direktoru Keşaf Şridharan, “British Council”un Azərbaycandakı rəhbəri Nərgiz Hacıyeva, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir Fergus Auld bildirib ki, Azərbaycanda ingilis dilinin tədrisi ilbəil artır. Bu təlim Gəncənin məktəblərində ingilis dilinin tədris edən 120-dən artıq müəllimi əhatə edib. Təlimdə məqsəd gənclərə ingilis dilinin tədris edən müəllimlərin metodologiyasını daha da artımaq olub. Səfir azərbaycanlı tələblərin ingilis dilini mükəmməl səviyyədə öyrənərək Böyük Britanyada təhsil almalarında maraqlı olduqlarını bildirib.
Çıxışlar zamanı qeyd olunub ki, bu il dövlət proqramı çərçivəsində 200-dən çox tələbə Böyük Britanyada təhsil almaq şansı qazanıb.
Xatırladaq ki, təlimlər 3 mərhələdə olmaqla “British Council”un təlimçiləri tərəfindən tədris edilib.
Sonda Aptist testləri keçirilərək müəllimlərə səviyyə sertifikatları təqdim edilib.

Azər Tağızadə

Geri dön