Ana Sayfa > Özəl > Avropada polis əməliyyatı: 44 nəfər saxlanılıb
Avropada polis əməliyyatı: 44 nəfər saxlanılıb28-11-2022, 12:22. Yazar: sevinc1 |
Avropanın ədliyyə orqanları böyük beynəlxalq cinayət şəbəkəsinə qarşı uğurlu əməliyyat barədə məlumat veriblər. Avropa polis agentliyi Europol və Avropa ədliyyə agentliyi Eurojust cümə günü, noyabrın 25-də birgə mətbuat konfransında bildiriblər ki, Almaniya da daxil olmaqla on ölkədə aparılan əməliyyat tədbirləri zamanı artıq 44 nəfər saxlanılıb. aia.az xəbər verir ki, saxlanılanlar narkotik vasitələrin qanunsuz dövriyyəsində, çirkli pulların yuyulmasında və Avropa İttifaqında ən təhlükəli şəbəkələrdən biri hesab edilən cinayətkar şəbəkəyə mənsub olmaqda şübhəli bilinirlər. İstintaq müəyyən edib ki, üç qitədə bir sıra cinayətkar təşkilatlar Avropa İttifaqı və onun hüdudlarından kənarda irimiqyaslı cinayətlər törətmək üçün əməkdaşlıq edirlər. Şəbəkənin iddia edilən rəhbərləri və onların əlaltılarına qarşı keçirilən reydlər zamanı bütün Avropada 94 axtarış aparılıb. Cinayətkar şəbəkənin üzvləri Litva, Latviya, Çexiya, Polşa, Fransa, Almaniya və Slovakiya ərazisində fəaliyyət göstəriblər. Europol və Eurojust qeyd etdi ki, təkcə narkotik ticarəti nəhəng ölçülərə malikdir. Reydlər zamanı külli miqdarda kokain, həşiş, marixuana və metamfetamin aşkar edilərək götürülüb. Beynəlxalq polis əməliyyatında Almaniya, ABŞ, Fransa və İspaniya da daxil olmaqla 11 ölkənin ədliyyə və polis orqanları iştirak edib. Geri dön |