Ana Sayfa > Cəmiyyət > Masallıda dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi qeyd olunub

Masallıda dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi qeyd olunub


28-11-2022, 11:18. Yazar: sevinc1
Masallıda dahi bəstəkar  Fikrət Əmirovun 100 illiyi qeyd olunub

Masallı Onbirillik İncəsənət Məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki musiqili tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, məktəbin şagird və müəllim kollektivi, həmçinin şəhid valideyni iştirak edib.

Məktəbin Nəzəriyyə şöbəsinin müdiri Dövlətova Vəfa tədbirdə çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra şagird və müəllimlərin iştirakı ilə bəstəkarın müxtəlif janrlı əsərləri ifa edilib.

Tahir Həsənov
aia.az
Geri dön