Ana Sayfa > Özəl / Dünya > Filippin prezidenti Kanadanın baş nazirinə “corab müharibəsi” elan edib

Filippin prezidenti Kanadanın baş nazirinə “corab müharibəsi” elan edib


28-11-2022, 10:51. Yazar: sevinc1
Filippin prezidenti Kanadanın baş nazirinə “corab müharibəsi” elan edib

Noyabrda Banqkokda baş tutan APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı) sammiti zamanı Filippin prezidenti Ferdinand Markos Jr. (kiçik) və Kanadanın baş naziri Castin Trüdo bir-birinin "corablarını sınayıblar".
"Bu arada, APEC sammitinin pərdəarxasında corab müharibəsi gedir!" — Filippin lideri Twitter-də bir neçə fotoşəkil yerləşdirərək yazıb. Marcos Jr. həmçinin abunəçilərdən "qalib" seçməyi xahiş edən bir sorğu yaradıb.
Qeyd edək ki, bundan əvvəl Castin Trüdo G20 sammitindən sonra kanadalıların tənqidinə məruz qalmışdı. Ölkə sakinlərinin rəyinə görə, baş nazir Çin sədri Si Cinpinlə danışıqlar zamanı dövlətin imicinə xələl gətirib.

aia.az
Geri dön