Ana Sayfa > Özəl > Türkiyə Suriya ilə münasibətləri normallaşdıra bilər
Türkiyə Suriya ilə münasibətləri normallaşdıra bilər28-11-2022, 10:30. Yazar: sevinc1 |
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib ki, yaxın vaxtlarda Suriya ilə münasibətlərin normalaşdırılması mümkündür. Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib. Türkiyə prezidenti artıq belə bir halın baş verməsini misal çəkərək bildirib ki, Ankara Qahirə ilə dialoqu bərpa etməyi bacarıb: "Misirlə dualoq prosesi başlayıb, anoloji olaraq Suriya ilə də dialoqa başlaya bilərik. Siyasətdə küsülülük əbədi olmur"- deyə Ərdoğan bildirib. 20-21 noyabr tarixlərində, Türkiyənin hərbi hava qüvvələri hərbi əməliyyatlar çərçivəsində Suriya və İrak ərazilərinə PPK terrorçularının bazalarının məhv edilməsi məqsədilə aviazərbələr endirib. Əməliyyatlar nəticəsində 326 terrorçunun məhv edildiyi bildirilir. aia.az Geri dön |