Ana Sayfa > Özəl / İdman > Ulu Öndərin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdir

Ulu Öndərin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdir


28-11-2022, 10:20. Yazar: sevinc1
Ulu Öndərin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdir

Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş müəllimlər arasında Şahmat turniri keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə giriş sözü ilə açan Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin idmana, gənclərə və onların sağlam böyüməsinə göstərdiyi diqqət və qayğıdan danışmış, Ümummilli Liderin keçdiyi mübarizə yolundan söhbət açmışdır.
Turnir maraqlı idman yarışına çevrilmiş, pedaqoqlar arasında gərgin mübarizə getmişdir.
Yekun nəticədə III yeri Sahilə Mirzəyeva və Taleh Qafarov, II yeri Rafiq Zeynalov, I yeri isə Murad Feyziyev qazanmışdır. Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilmişlər.

Nuridə Nur
aia.az
Geri dön