Ana Sayfa > Özəl > Naxçıvan yad əlində -
Naxçıvan yad əlində -28-11-2022, 09:28. Yazar: sevinc1 |
Babalarımız bizim üçün üç Naxçıvan şəhəri salmışdılar. İkisi Naxçıvan, biri Naxçıovacıq adlanırdı. Biz onların ikisini qoruya bilmədik. Açıq düşmənlər əlimizdən aldılar. Yalnız biri qalıbdı, onu da gizli düşmənlər yağmalamaq istəyirlər. 1976-cı il idi. Kiyevdən Bakıya gəlirdim. Qatar Rostov şəhərinə yaxınlaşanda dayandı. Bələdçi qadın dedi ki, bu stansiyada 15 dəqiqə dayanacağıq, düşüb gəzə bilərsiniz. Qatarın pəncərəsindən baxanda gözümə bir yol nişanı sataşdı. İri hərflərlə yazılmışdı: Нахичеван на-Дону. Çantamı götürüb qatardan düşdüm. Bir taksiyə əyləşib ora sürdürdüm. Şəhərdə çoxlu erməni var idi. Bəziləri gizli, bəziləri açıq nifrətlə üzümə baxırdı. Şəhərin mərkəzinə çatanda dörd nəfər dəstədən ayrılıb mənə yaxınlaşdı. Dedilər, ara Tork, hinçanımıs isteğ, yəni burda nə gəzirsən? Cavab verdim ki, mayrik haya, guya anam ermənidir. Bir anda qəzəbli sifətlər yumşaldı. Dedilər ki, sizdə olduğu kimi burdakı Naxçıvanda müsəlmanlar yaşayırdılar. Ruslar Yekaterinanın zamanında onları öldürüb, bizi boş qalmış evlərinə köçürüblər. Bakıya çatanda bir məqalə yazdım, ancaq qəzetlər heç biri çap eləmədi. O zamandan az qala 50 il keçir. Ruslara, Bizansa gücümüz çatmadı, Naxçıvanın ikisini əlimizdən aldılar. İndi biri qalıbdır, onu Azərbaycandan qopardıb İrana yapışdırmaq istəyirlər. Kimdir onlar? Şəhərin hər döngəsində bir ayı heykəlinə rast gəliriksə, onların kimliyi məlumdur. aia.az Geri dön |