Ana Sayfa > Gündəm > Cənnət Kəlbəcərin işğaldan azad edilməsi, hərbi gücümüzün nəyə qadir olduğunu bir daha təsdiq etdi.
Cənnət Kəlbəcərin işğaldan azad edilməsi, hərbi gücümüzün nəyə qadir olduğunu bir daha təsdiq etdi.27-11-2022, 19:13. Yazar: sevinc1 |
Artıq tariximizə qızıl hərflərlə , qələbə müjdəsi ilə yazılan daha bir hadisədən, Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik olan Kəlbəcər, Azərbaycanın bir çox xarici dövlətlər tərəfindən qibtə ilə qarşılanan bölgəsidir. Elə bu qibtənin , göz götürməməyin nəticəsi idi ki, ermənilər Kəlbəcəri də digər torpaqlarımız kimi işğala məruz qoydular. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir.İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. İşğal müddətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan aparıcı dövlət başçılarına məsələnin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsini qaldırdı. Əks halda işğal altında qalan torpaqlarımızın hərbi yolla azad ediləcəyi barədə onları xəbərdar etdi. Lakin Ermənistan tərəfi xarici havadarlarına güvənərək bu təklifləri həmişə müxtəif bəhanələrlə qəbul etmədi. ATƏT-in Mins qrupu 28 il ərzində nəinki Ermənistana qarşı hansısa bir tədbir görülməsinə, əksinə sonsuzluğa qədər status-kvonu saxlamağa çalışdı. Ermənistan isə bundan istifadə edərək təxribatlar törətməyə, yeni ərazilər barədə sərsəm bəyənatlar verməkdə davam edirdi. Təbii ki, xeyirin şərə qalib gələcəyi həmin gün bərqərar oldu və əzəli, tarixi torpaqlarımızda erməni haqsızlığına , erməni hökmranlığına son qoyuldu. Ermənistan ordusu Rəşadətli Azərbaycan Ordusu qarşısında diz çökdü. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılaşmaya əsasən Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı və məğlubiyyətini etiraf etdi. Razılaşmaya əsasən erməni hərbi birləşmələri Ağdam, Kəlbəcər və Laçın rayonlarından təyin olunmuş müddətdə öz hərbi birləmələrini çıxardı. Beləliklə üç rayon, o cümlədən Kəlbəcər rayonu 28 illik işğaldan azad edildi. Bu gün işğaldan azad edilmiş digər rayonlarımızda olduğu kimi artıq Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışıedilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub. Bəli Qarabağda quruculuq-bərpa işləri sürətlə davam etdirilir. Azərbaycanın ən gözəl rayonlarından biri, cənnət bölgəmiz olan Kəlbəcər öz azadlığına qovuşub. Sanki torpaq da bu mənfur qurtuluşdan sevinir və öz sakinlərinin qayıdışına qucaq açacağı günü gözləyir. Dövlətimiz tərəfindən yüksək qayğıkeşliklə 30 ilə yaxın bir müddətdə məcburi köçkün həyatı yaşamağa məcbur olmuş vətəndaşlarımızın tezliklə doğma yurd-yuvalarına qaytarılması üçün bütün infrastruktur layihələri həyata keçirilir. Əminliklə deyə bilərik ki, artıq o gün yetişib-biz doğma torpaqlarımıza qayıdırıq. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini aia.az Geri dön |