Ana Sayfa > Gündəm > Ərdoğan: “Türkiyə ilk pilotsuz qırıcının istehsalına başlayır”
Ərdoğan: “Türkiyə ilk pilotsuz qırıcının istehsalına başlayır”26-11-2022, 21:23. Yazar: sevinc1 |
![]() Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada yerləşən Səlcuqlu Konqres Mərkəzində Türkiyənin Ədalət və İnkişaf Partiyasının Məşvərət Şurasının genişləndirilmiş iclasında çıxış edib. R.T.Ərdoğan çıxışında bəyan edib ki, ölkəsi ilk pilotsuz qırıcı - “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətindədir. “Şükürlər olsun ki, sənayemiz, texnologiyamız və müdafiə sahəsində atdığımız addımlarla inamla irəliləyirik. Daxili müdafiə sənayemizin istehsalı 20 faizdən 80 faizə qədər yüksəlib. 2023-cü ildə Türkiyənin ilk pilotsuz qırıcısı olacaq “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətindəyik”, - deyə Türkiyə lideri vurğulayıb. Geri dön |