Ana Sayfa > Gündəm > Çində yoluxmada yeni antirekord qeydə alındı

Çində yoluxmada yeni antirekord qeydə alındı


26-11-2022, 10:49. Yazar: sevinc1
Çində yoluxmada yeni antirekord qeydə alındı

Çində son sutka ərzində koronavirus infeksiyasına 35 mindən çox yeni yoluxma halı aşkarlanıb.

Beləliklə, artıq üçüncü gündür ki, ölkədə insidentlərin antirekordu yenilənir.

Bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Çində koronavirusa yoluxma bir həftə əvvəllə müqayisədə bir dəfə yarım artıb.

Eyni zamanda, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Yoluxmuşların 90 faizindən çoxu xəstəliyi simptomsuz keçirir.

Ən çətin vəziyyət ölkənin cənubunda, yeni xəstəliyə yoluxma hallarının təxminən üçdəbirinin qeydə alındığı Quandun əyalətindədir. Oktyabr ayından ümumilikdə ölkə üzrə yüksək yoluxma zonalarının sayı təxminən beş dəfə artıb.
Geri dön