Ana Sayfa > Manşet / Siyasət / Özəl > Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır


25-11-2022, 22:40. Yazar: sevinc1
Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

Azərbaycan son 30 ildə işgal altında olan tarixi torpaqlarını bərpa etdi.
Mənfur qonşularımızın ölkəmizin ərazi bütövlüyünə təcavüzü nəticəsində canlı, tarixi, mədəni itkilərimiz saysız hesabsızdır.Nəhayət Azərbaycan Ordusu tarixi ədaləti bərqərar etdi.
44 günlük müharibənin Zəfəri Ermənistana tarixi dərs oldu.
Artıq azad olunmuş ərazilərimizdə geniş infrastruktur layihələr həyata keçirilir.
Kapituliyasiya aktının şərtinə uygun olaraq Ermənistanın müharibəsiz silahlı birləşmələrini Agdam,Kəlbəcər, Laçın rayonlarının ərazilərindən çıxartmagı öhdəlik götürübdür.
Artıq azad olunmuş ərazilərimizdə geniş quruculuq işləri aparılır.
Kəlbəcər rayonu da dirçəliş dövrünü yaşayır.
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən çox əhəmiyyətlidir.
Yol infrastratrukturu ilə yanaşı Kəlbəcərin təbii enerji potensialının formalaşdırılması prosesi gedir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.
Bu da rayonun və regionun enerji təminatı üçün mühüm əhəmiyyət kəsb edir.
Bu gün ölkəmiz beynəlxalq aləmdə sülhsevər, demokratik dəyərlərə sadiq,iri infrastruktur layihələrə imza atan qurucu dövlət kimi tanınır.
Bu amil də ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırır.

İlqar İlyasov
YAP laçın rayon təşkilatının sədri
aia.az
Geri dön