Ana Sayfa > Özəl / İdman > Siyəzəndə “Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində idman tədbiri keçirilib

Siyəzəndə “Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində idman tədbiri keçirilib


25-11-2022, 15:49. Yazar: sevinc1
Siyəzəndə “Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində idman tədbiri keçirilib

aia.az xəbər verir ki, Siyəzən şəhər 3 saylı tam orta məktəbin idman zalında “Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında badminton idman növü üzrə rayon birinciliyi keçirilib.

Bu barədə Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhfəsində məlumat verilir.
Məlumatda bildirilir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 40-a yaxın yeniyetmə badmintonçu mükafatlar uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən oğlanlar arasında Malik Əjdərov I, Anar Abaszadə II, Vahid İsgəndərli III yeri tutub. Qızların yarışında isə Nurcan Səlimova I, Şahanə Mehdiyeva II, Aynur Bağırlı III olub. Yer tutan yeniyetmə badmintonçular Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.
Geri dön