Ana Sayfa > Özəl / Dünya > Fransa maliyyə prokurorluğu “McKinsey” konsaltinq qrupunun Makronun seçki kampaniyalarında iştirakı ilə bağlı araşdırmanı genişləndirir

Fransa maliyyə prokurorluğu “McKinsey” konsaltinq qrupunun Makronun seçki kampaniyalarında iştirakı ilə bağlı araşdırmanı genişləndirir


25-11-2022, 12:21. Yazar: sevinc1
Fransa maliyyə prokurorluğu “McKinsey” konsaltinq qrupunun Makronun seçki kampaniyalarında iştirakı ilə bağlı araşdırmanı genişləndirir

Parisdə dərc olunan “Le Parisien” qəzeti cümə axşamı bildirib ki, Fransanın maliyyə prokurorluğu, “McKinsey” konsaltinq qrupu ilə bağlanmış müqavilələrlə əlaqədar olaraq, prezident Emmanuel Makronun 2017-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair yaranmış şübhəllərlə bağlı təhqiqata başlayıb.

Prokurorluqdan təsdiqləyiblər ki, “McKinsey” qrupu tərəfindən törədildiyi iddia edilən vergi saxtakarlığı ilə bağlı araşdırmanı genişləndirərək, buraya digər konsaltinq qruplarının 2017 və 2022-ci il seçki kampaniyalarındakı rolunu da əlavə ediblər.

Makronun ofisindən istintaqın nəzərə alındığı bildirilib. Həmçinin əlavə olunub ki, prokurorlar indi öz işlərini “tamamilə müstəqil” yerinə yetirməlidirlər.
“McKinsey” konsaltinq qrupu davamlı olaraq hər hansı bir qanun pozuntusunu inkar edir.

aia.a

Geri dön