Ana Sayfa > Siyasət > İŞİD stolüstü oyunların köməyi ilə məhv ediləcək

İŞİD stolüstü oyunların köməyi ilə məhv ediləcək


13-06-2016, 15:08. Yazar: admin



Kanada hərbçiləri stolüstü oyunların köməyi ilə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmağı öyrənəcəklər.

Aia.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın “CBC News” telekanalı bildirib.

“İŞİD-in Böhranı” (“ISIS Crisis”) oyunu hökumətin sifarişi üzrə hazırlanıb. Oyun hərbi biliklərə malik olmayanlar üçün nəzərdə tutulub və konkret məsələni ən gözlənilməz şəkildə həll etməyə imkan verən qeyri-standart təfəkkür inkişaf etdirməlidir.

Bildirilir ki, belə oyunlar keçmiş müharibə təcrübəsindən istifadənin tendensiyasını sındırmağa qadirdir. Onun əsas üstünlükləri təlimin sürətli olması və ucuz başa gəlməsidir. Oyun sessiyası 3 saatdan 4 saata qədər davam edir və oyunda altı nəfərə qədər iştirak edə bilər.

Əgər oyun müsbət nəticə verərsə, “İŞİD-in Böhranı”nın payızda orduda tətbiqi haqqında qərar qəbul ediləcək.
Geri dön