Ana Sayfa > Özəl > Türkiyədən nümayəndə heyəti Stokholma gedib

Türkiyədən nümayəndə heyəti Stokholma gedib


25-11-2022, 11:52. Yazar: sevinc1
Türkiyədən nümayəndə heyəti Stokholma gedib

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi çərçivəsində diplomatik əlaqələr davam edir.

aia.az xəbər verir ki, İsveçin baş naziri Ulf Kristerssonun Ankara səfərinin ardından bu dəfə Ankaradan İsveçə səfər edib.Prezidentin sözçüsü İbrahim

Kalının başçılıq etdiyi nümayəndə heyəti danışıqlar aparmaq üçün İsveçin paytaxtı Stokholma gedib.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal, ədliyyə, daxili işlər və milli müdafiə nazirliklərinin nümayəndələri daxildir. Görüşlərdə

İsveçin Madrid Memorandumunda qeyd olunan öhdəliklərinə yenidən baxıldığı, İsveç tərəfinin terrorla mübarizə və terrorçuların ekstradisiyasında atmalı olduğu addımların müzakirə edildiyi bildirilib.

aiaAz
Geri dön