Ana Sayfa > Manşet / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: Azərbaycan-Serbiya əməkdaşlığı dostluğa və sttarteji əməkdaşlığa yeni töhfədir
Eltun Süleymanov: Azərbaycan-Serbiya əməkdaşlığı dostluğa və sttarteji əməkdaşlığa yeni töhfədir25-11-2022, 11:44. Yazar: sevinc1 |
Hazırkı dövrdə Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına nail olmaqdır. Serbiya ilə ölkəmiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiyaya rəsmi səfəri həmin əlaqələrin yeni əsasda inkişafı üçün stimul yaradacaqdır. Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd etmişdir ki, “dövlət başçımızın yüksək səviyyədə qarşılanması və yola salınması onun göstəricisisidr ki, bu Avropa ölkəsində ölkəmizə, onun rəhbərinə dərin rəğbətlə yanaşı, həm də Azərbaycanın nüfuz göstəricisidir. Görüşdə Serbiya Prezidenti Aleksandr Vuçiçin “son dövrdə əldə etdiyiniz bir çox uğurlar münasibətilə Sizi təbrik edirik. İqtisadi uğurlarınız hər kəsin marağına səbəb olur. Biz Sizin timsalınızda real, çiçəklənən ölkəni, Serbiyanın daha böyük dostunu və müttəfiqini görürük” fikri bunu bir daha təsdiq edir. Bizim üçün xoşdur ki, Serbiya Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndirir. Bu mövqeyə çox hörmətlə yanaşır. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və bunu davam etdirəcək. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir və dəstəkləyir. İki ölkənin siyasi və iqtisadi əlaqələri inkişaf edir”. Müsahibimiz daha sonra qeyd edib ki, “Serbiya və Azərbaycanın əməkdaşlığı yeni müstəviyə yüksəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti arasında Birgə Bəyanat, ölkələr arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum və Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi imzalanıb.Ən əsası odur ki, Azərbaycan Respublikasının Prezidentinə, onun həyata keçirdiyi siyasətə, prinsipial mövqeyinə çox böyük inam var. Serbiya Prezidentinin “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir”. Fikri çox böyük məna kəsb edir. Birgə Bəyanatda hər iki prezident beynəlxalq hüququn tətbiqi məsələlərinə toxunaraq indiki dövrdə yol verilən nöqsanları, buraxılan səhvləri tənqid etmiş, dünya düzənində beynəlxalq hüquq normalarıan riayət edilməsini vacib şərt kimi irəli sürmüşlər”. Eltun Süleymanov qeyd etmnişdir ki, “Cənab Prezident Azərbaycanın ikili yanaşmadan 30 il ərzində çəkdiyi əziyyətləri dilə gətirmiş və Azərbaycanın haqlı mövqedə olmasına baxmayaraq torpaqlarımızın uzun müddət işğal altında olmasını qeyd etmişdir: “Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”. Eltun Süleymanov son olaraq qeyd etmişdir ki, “cənab Prezidentin bu səfəri çox mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, Azərbaycanın Avropada mövqelərinin möhkəmlənməsinə, strateji tərəfdaşlarımızın, həm də etibarlı tərəfdaşlarımızın çoxalmasına xidmət edir. Ölkə başçısına olan inam, imzasına hörmət onu göstərir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs tərəfdaşlarımız tərəfindən bəyənilir, onun prinsipial şəxsiyyət olduğu təqdir edilir. Azərbaycan –Serbiya əməkdaşlığının bundan sonra da yüksələn xətlə inkişaf etməsi, bu Avropa ölkəsinin enerji təhlükəsizliyinə Azərbaycanın dəstəyi, strateji əməkdaşlıq hər iki ölkənin xeyrinə olacaqdır. Cənab Prezidentin “Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik”-deyə bəyanatında vurğulaması bunu deməyə əsas verir. Bir sözlə, Azərbaycan-Serbiya əməkdaşlığı dostluğa və sttarteji əməkdaşlığa yeni töhfədir ”. Elman Hüseynov aia.az Geri dön |