Ana Sayfa > Özəl > Amerikalı yazıçı E Jean Carroll Trampı məhkəməyə verib

Amerikalı yazıçı E Jean Carroll Trampı məhkəməyə verib


25-11-2022, 11:29. Yazar: sevinc1
Amerikalı yazıçı E Jean Carroll Trampı məhkəməyə verib


Amerikalı yazıçı E. Jean Carroll Trampı 1995-ci ildə Nyu-Yorkda lüks univermağın soyunub-geyinmə otağında ona qarşı cinsi təcavüzə məruz qaldığına görə məhkəməyə verib.

aia.az xəbər verir ki, amerikalı yazıçı E.Jean Carroll zorlamada ittiham etdiyi ABŞ-ın keçmiş prezidenti Donald Trampı Nyu Yorkda məhkəməyə verib.

E. Jean Carroll iddia edir ki, 1995-ci ildə Nyu Yorkdakı lüks univermağın soyunub-geyinmə otağında Tramp tərəfindən cinsi təcavüzə məruz qalıb.

Elle jurnalının keçmiş köşə yazarı Carroll, dünən Nyu-York ştatında qüvvəyə minən yeni qanun əsasında zorlama iddiası qaldırıb.

Yeni qanun ştatda zorlama qurbanlarına nə qədər vaxt aparmasından asılı olmayaraq məhkəməyə müraciət etməyə icazə verir.

aia.az
Geri dön