Ana Sayfa > İdman / Özəl > Nelsondan transfer açıqlaması

Nelsondan transfer açıqlaması


25-11-2022, 11:22. Yazar: sevinc1
Nelsondan transfer açıqlaması

Danimarka Milli Komandası ilə Dünya Çempionatında olan Viktor Nelsson Qətərdə verdiyi müsahibədə transfer söz-söhbətləri və Qalatasaraydakı gələcəyi ilə bağlı açıqlamalar verib.

“Qalatasaray”ın dünya çempionatına göndərdiyi futbolçulardan Viktor Nelsson Qətərdə "BT Sport"a danışıb.

Danimarka Milli Komandası ilə dünya çempionatında iştirak edən Nelsson transferlə bağlı bu açıqlamaları verib.

Mən indi həmin anı yaşayıram. Gələcəkdə nə olacağını bilmirəm, yaşayıb görəcəyik. Mümkün qədər diqqətimi qarşımdakı oyuna yönəltməyə çalışıram.

“Qalatasaray”dan ayrılmağın vaxtı çatsa, gedəcəyim klub “Sevilya”mı, yoxsa başqa klubu görəcəyik.

“Qalatasaray”ın mənim transferim üçün “Sevilya”ya söz verdiyi haqda heç nə eşitməmişəm. Getdikcə transfer xəbərləri çıxır, mən də görürəm, amma ağlıma heç nə gəlmir. Açığını deyim ki, “Qalatasaray”da oynadığım üçün çox xoşbəxtəm.

aia.az
Geri dön