Ana Sayfa > Özəl > BMT İranda insan hüquqlarının pozulması ilə bağlı araşdırmalar aparacaq

BMT İranda insan hüquqlarının pozulması ilə bağlı araşdırmalar aparacaq


25-11-2022, 11:14. Yazar: sevinc1
BMT İranda insan hüquqlarının pozulması ilə bağlı araşdırmalar aparacaq

BMT-nin İnsan Haqları Üzrə Şurası, son iki ay ərzində İran hakimiyyətinin etirazçılara qarşı güman edilən insan hüquqlarının pozulması hallarını araşdırılması ilə bağlı səsvermə keçirib. Bu barədə The Wall Street Journal qəzeti məlumat verib.

Şuranın əksəriyyət üzvləri Cenevrədə keçiriləcək xüsusi iclasda müvafiq araşdırmalar aparılmasına səs verib.

İranın müxtəlif bölgələrində keçirilən etiraz aksiyaları, polisin hicabı düz taxmadığı üçün 22 yaşlı Məhsi Əmini qətlə yetirməsindən sonra, sentyabr ayından başlayıb. Polis məntəqsindən ağır vəziyyətdə xəstəxanaya gətirilən gənc qız, orada dünyasını dəyişib. Hakimiyyət iddia edib ki, qız xəstə imiş. Lakin gənc qızın valideynləri Məhsinin sağlam olduğunu, heç bir patalogiyası olmadığını bildiriblər.

Bu hadisədən sonra rejimə qarşı etraz aksiyaları başlayıb və getdikcə geniş vüsət alaraq bütün ölkəni bürüyüb. İran hakimiyyətinin etirazçılara qarşı şiddət və qəddarlıq göstərməsi barədə sosial şəbəkələrdə, dünyanın kütləvi informasiya vasitələrində çoxsaylı video görüntülər yayımlanmaqdadır.

aia.az
Geri dön