Ana Sayfa > Özəl > Qondarma respublikaların Rusiya paspotları tanınmayacaq

Qondarma respublikaların Rusiya paspotları tanınmayacaq


25-11-2022, 11:13. Yazar: sevinc1
Qondarma respublikaların Rusiya paspotları tanınmayacaq

Avropa Parlamenti, Avropa İttifaqının qondarma Donetsk, Luqansk "respublikalarının", Xerson və Zaparojye vilayətlərinin, həmçinin Abxaziya və Cənubi Osetiya respublikalarının vətəndaşlarına verilən Rusiya pasportlarının tanınmaması barədə verdiyi qərarı dəstəkləyib.

Qərararın qəbul olunmasına 531 deputat "hə", 7 deputat "yox" deyib, 34 deputat isə səsvermədə bitərəf qalıb.

Razılaşmaya əsasən Avrokomissiya, Avropa İttifaqına üzv dövlətlərlə müzakirə apardıqdan sonra, "rusiyadan gələn vətəndaşların siyahısını təsdiq edəcək və onların arasından paspotrtları tanınmayanlar aşkar ediləcək". Münaqişə zonasından məcburiyyət qarşısında qaçıb gələnlər, humanitar baxımdan məcburi qaçqın kimi qəbul edilə bilər.

Hələ oktyabr ayında, BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə görə, 143 ölkə qondarma "DXR", "LXR", Xerson və Zaparojye vilayətlərində "keçirilən referendumların" nəticələrini tanınmamasdı.

aia.az
Tərcümə şöbəsi

Geri dön