Ana Sayfa > Özəl > CƏNAB PREZIDENT İLHAM ƏLİYEVİN SERBİYAYA RƏSMİ SƏFƏRİ

CƏNAB PREZIDENT İLHAM ƏLİYEVİN SERBİYAYA RƏSMİ SƏFƏRİ


25-11-2022, 09:45. Yazar: sevinc1
CƏNAB PREZIDENT İLHAM ƏLİYEVİN SERBİYAYA RƏSMİ SƏFƏRİ

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. 2021-ci il iyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bu əlaqələrin davamlı olduğunu göstərir. Azərbaycan-Serbiya əlaqələri müasir dövrümüzdə uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir. Strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir.Xatıradaq ki, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub. 2011-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Serbiyada Azərbaycan səfirliyi açılıb. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyib və ölkələrimizdə səfirliklərin açılması da ikitərəfli əməkdaşlığa öz mühüm töhfələrini verir. 21-22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti Aleksadar Vuçiçinin Azərbaycana rəsmi səfəri məöcud əlaqələrin davamı kimi dəyərləndirilir. 3-6 aprel 2018-ci il tarixlərində isə Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Daha sonra 21-26 oktyabr 2019-cu il tarixlərində Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji sahələrində yeni prespektivlərə yol açmışdır. 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Azərbaycan ilə Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlığın növbəti müsbət nəticəsi kimi, bu il iki ölkənin ticarət dövriyyəsində 3 dəfəyə yaxın artımın qeydə alınması diqqəti çəkən məqamdır. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsində 6,3% artım qeydə alınıb. Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi önəm kəsb edir.
Xatırladaq ki, 2022-ci il 22 avqustda Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Ötən 25 ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcudluğunu məmnunluqla qeyd edən nazir müavini, Serbiyanın, Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biri olduğunu bildirib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, ticarət, infrastruktur sahələrində münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan Xələf Xələfov, Azərbaycan və Serbiya arasında digər sahələrdə, o cümlədən nəqliyyat, enerji sahələrində əməkdaşlıq üçün potensialın mövcud olduğunu ifadə edib. Regionda yeni reallıqların yaranması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh və quruculuq səylərindən bəhs edən nazir müavini Xələf Xələfov, ölkəmiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğunu bildirib.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az
Geri dön