Ana Sayfa > Özəl > Mingəçevirdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Mingəçevirdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib


24-11-2022, 20:33. Yazar: sevinc1
Mingəçevirdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda şəhər 12 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

aia.az xəbər verir ki, Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev, şöbənin əməkdaşları, Mərkəzi Aran Regional İdarəsinin nəzdində fəaliyyət göstərən Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda İsmayılova zərərli vərdişlərə qarşı mübarizədə yeniyetmə və gənclərin fəal olmasının vacibliyini vurğulayıb.
Mingəçevir ŞPŞ-nin rəisi, polis
polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verib. Polis rəisi çıxışında narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Çıxış edənlər gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın mənfi nəticələrindan danışıb, ölkənin hər yerində narkomaniyaya qarşı ciddi mübarizənin aparıldığını qeyd ediblər.
Təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda yol polisi əməkdaşı Samir Sultanov çıxış edərək məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsədin şagirdlərin təhlükəsizliyini, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarət olduğunu bildirib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azər Tağızadə
aia.az
Geri dön