Ana Sayfa > Özəl > Siyəzəndə “Sağlamlıq üçün fiziki aktiv ol!” adlı aksiya keçirilib

Siyəzəndə “Sağlamlıq üçün fiziki aktiv ol!” adlı aksiya keçirilib


24-11-2022, 14:05. Yazar: sevinc1
Siyəzəndə “Sağlamlıq üçün fiziki aktiv ol!” adlı aksiya keçirilib


Siyəzən Rayon Gənclər və İdarəsinin təşkilatçılığı ilə “Sağlamlıq üçün fiziki aktiv ol!” adlı aksiya keçirilib.

aia.az xəbər verir ki, aksiya zamanı rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici bukletlər paylanmışdır. Bununla yanaşı oturaq həyat tərzinin zərərləri, insan sağlamlığı üçün fəsadları və fiziki aktivliyin əhəmiyyəti haqqında əməkdaşlara məlumat verilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi, işləyən əhali arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği, eləcə də oturaq həyatın zərərləri və davranış risk amilləri barədə işləyən əhalinin məlumatlandırılmasıdır.

Tahir Həsənov
aia.az
Geri dön