Ana Sayfa > Gündəm > Kəlbəcərin işğaldan azad edilməsi

Kəlbəcərin işğaldan azad edilməsi


24-11-2022, 11:55. Yazar: sevinc1
Kəlbəcərin işğaldan azad edilməsi

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Əlverişli şəraitdən: siyasi böhran və xarici havadarlarının gücü ilə erməni silahlı qüvvələri aprel ayının 2-si 1993-cü ildə Kəlbəcərə bir neçə istiqamətdən hücuma keçdilər.Kənardan rayon əhalisi köməksiz qalmışdı,əhali faciə içərisində idi,60 minlik əhali mühasirədə qalmışdı.Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi.Həmin gün Murovdağ silsiləsinə bəzi yerlərinə 70 sm,bəzi yerlərdə isə 1 m-ə yaxın qar yağmışdı.Qarın yağması vəziyyəti daha da çətinləşdirmişdi.Rayon əhalisi uşaqları,qocaları,xəstələri necə xilas etmək yolunu bilmirdilər.Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürdülər,bir neçə yüzünü əsir götürdülər.Bu faicədə digər rayonun əsgərləri də öldürülüb əsir götürülmüşdür.Erməni faşistləri rayonu talan edib,yandırdılar.Rayon ərazisində olan tarixi-memarlıq abidələrini,binaları,evləri dağıdıb məhv etdilər.19 ibtidai,33 səkkizillik,44 orta məktəb binası,1 texnikum,1 texniki-peşə məktəbi,82 internat,16 uşaq baxcası,38 körpələr evi,41 mədəniyyə evi,1 rayon mərkəzi xəstəxanası,1 rayon mərkəzi uşaq xəstəxanası,9 kənd xəstəxanası,23 kənd ambulator məntəqəsi,75 feldşer-mama məntəqəsi,1 ictimai-sosial kombinatı,2 mineral sudoldurma zavodu,1 qızıl zavodu,1 civə zavodu və s. dağıdıb məhv edildi.
Və nəhayət 30 illik həsrətə son qoyuldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir.
Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir.Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir,qazilərimizə şəfa diləyirik.

Mədinə Xubaliyeva,
Bakı Slavyan Universiteti
Geri dön