Ana Sayfa > Cəmiyyət > Gədəbəy rayonunda Şəhid Rzayev Hüseyn Aslan oğlunun məzarı ziyarət olunub

Gədəbəy rayonunda Şəhid Rzayev Hüseyn Aslan oğlunun məzarı ziyarət olunub


24-11-2022, 10:25. Yazar: sevinc1
Gədəbəy rayonunda Şəhid Rzayev Hüseyn Aslan oğlunun məzarı ziyarət olunub

23.11.2022-ci il tarixdə ​ 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novosaratovka kənd sakini Rzayev Hüseyn Aslan oğlunun ikinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy rayon İH Başçısı aparatının məsul​ işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev ,Gədəbəy rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.​

​ ​ ​ Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

​ Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön