Ana Sayfa > Gündəm > "İran qadınlarının abırsız geyimi ekologiyaya ziyan vurur" - Yeni fətva
"İran qadınlarının abırsız geyimi ekologiyaya ziyan vurur" - Yeni fətva13-06-2016, 12:56. Yazar: admin |
Kommunikasiya Nazirliyi bu adamları tapıb boğmalıdır. Aia.az ölkə.az-a istinadən bildirir ki, "The Guardian" qəzetində "İran qadınlarının geyimi çayları qurudur" adlı məqalə dərc edilib. İranın tanınmış din alimlərindən biri - Seyyid Yusif Təbatəbayi-Nejadın fikrincə, İran qadınlarının "abırsız" geyimi ölkə çaylarının qurumasına səbəb olur. İsfahanda cümə namazına başçılıq edən ayətullah Təbatəbayi əxlaq polisini hicaba düzgün əməl etməyən qadınların həbsinə çağırıb və deyib ki, belə qadınların mənəviyyatsız davranışı ətraf mühitə dağıdıcı təsir göstərir. Bu həftə keçirilən ibadət zamanı ayətullah deyib: "Mənim ofisimə suyu qurumuş Zəyəndərud çayının sahilində, sanki, Avropadaymışlar kimi şəkil çəkdirmiş qadınların fotoları çatdırılıb. Bu çayın qurumasına səbəb elə bu sayaq davranışlardır. Mən Kommunikasiya Nazirliyinə bu cür ədəbsizlik hallarını yayan şəbəkələri ifşa etməyə çağırmışam. Bunu etməsəydim, deməli vəzifəmin öhdəsindən gəlməzdim. Kommunikasiya Nazirliyi bu adamları tapıb boğmalıdır". Təbətəbayi söyləyib ki, polis bu əxlaqsızlığın kökünü kəsmək üçün Hizbullahi qüvvələrdən istifadə etməlidir. Geri dön |