Ana Sayfa > Özəl > Türkiyəndə 23-cü Beynəlxalq Uşaq Forumu keçirilib

Türkiyəndə 23-cü Beynəlxalq Uşaq Forumu keçirilib


23-11-2022, 18:17. Yazar: sevinc1
Türkiyəndə 23-cü Beynəlxalq Uşaq Forumu keçirilib

Türkiyənin paytaxtı Ankara şəhərində 23-cü Beynəlxalq Uşaq Forumu baş tutub. Açılış nitqi ilə çıxış edən Türkiyə Respublikasının Ailə və sosial xidmətlər naziri Dərya Yanık Forum iştirakçılarına uğurlar arzulayıb.

aia.az xəbər verir ki, 16 ölkədən 60-a yaxın uşağın iştirak etdiyi Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Hafiz Namazov və Komitə nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Beynəlxalq əlaqələr departamentinin direktoru Rəfail Əzizli iştirak ediblər.

İqlim dəyişikliyində uşaqların rolundan bəhs edən Forumda ümumi 4 işçi qrupdan ibarət olan komanda iqlim dəyişikliyinin uşaqlara təsirindən və məcburi köçlərin iqlim böhranı ilə əlaqəsi haqqında müzakirə aparıb, həll yollarını araşdırıblar.

Tahir Həsənov
aia.az
Geri dön