Ana Sayfa > Özəl > Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur
Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur23-11-2022, 12:27. Yazar: sevinc1 |
Müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyası bu gün xalqın etimadını qazanan siyasi təşkilatdır. Partiyanın sıralarının gündən-günə genişlənməsi azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının nüfuzunun göstəricisidir.Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Azərbaycanın müasir siyasi tarixində müstəsna yeri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının bu il 30 ili tamam olur. Ümummilli lider Heydər Əliyev ideologiyası ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının məfkurəsi ən ali ideyalara – xalqımızın istək və arzularının, zəngin gələcəyinin təmin olunmasına və gerçəkləşməsinə xidmət etməkdir.Yeni Azərbaycan Partiyası demokratik prinsiplərə və ideyalara sadiq qalan partiya kimi nüfuz qazanıb. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən bir siyasi partiyadır. Reallıq budur ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycan 1991-ci il 18 oktyabrda müstəqilliyini yenidən bərpa etsə də ilk illərdə hakimiyyətdə olan şəxslərin siyasi savadsızlığı, səriştəsizliyi ucbatından ölkədə baş alıb gedən xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, digər tərəfdən Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi xalqın sabaha ümidlərinin itməsinə, ən əsası Azərbaycanın parçalanmasına, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxarmışdı. Bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası məhz belə çətin dövrdə xalqın istəyi, zamanın tələbi ilə yaradılmışdır.Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur.Düzgün dəyərləndirmənin aparılmasında isə əsas faktor zamandır. 30 illik zaman bu gün sıralarında 770 mindən artıq üzvü birləşdirən, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq yeni qərarlar qəbul edib onların icrası istiqamətində mühüm addımlar atan Yeni Azərbaycan Partiyasının milyonların partiyası kimi nüfuz qazanmasını şərtləndirən amilləri daha dəqiq təhlil etməyə yardımçı olacaq.Ümummilli lider milli ideologiyanı yaradarkən dövlətçilik prinsiplərini əsas götürdüyünü bildirərək deyirdi: "Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır".Heydər Əliyev siyasətinin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Azərbaycanın demokratik islahatlar sahəsində, diplomatik müstəvidə, xarici siyasət sahəsində qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Bütün bu uğurlarımızda öz payı olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf etdi, “dünənin, bu günün və sabahın partiyası”na çevrildi. Qeyd etdiyimiz kimi, partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. YAP AzərbaycanınKonstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. YAP ölkədə milli birlik və həmrəyliyin güclənməsində də öz sözünü deyir. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən Yeni Azərbaycan Partiyası qeyd etdiyimiz kimi, fəaliyyətində bu prinsipləri əsas götürdü: Azərbaycanda güclü dövlət yaranmalı, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, inkişaf davamlı proses kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli, Dağlıq Qarabağ münaqişəsi həll edilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Azərbaycan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür, öz sözünü aydın və ucadan deyir. Artıq dövlətimiz yerləşdiyi regionda və dünyada böyük nüfuz sahibinə çevrilib, hətta ən ağır və mürəkkəb problemi olan Qarabağ münaqişəsini də 44 günlük Zəfər müharibəsi ilə həll edibdir. 30 ilin təhlili Yeni Azərbaycan Partiyasının bütün bu hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqləyir.Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir. İnanırıq ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir.Azərbaycan xalqı əmindir ki, xalq-iqtidar birliyi, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi sayəsində yeni hədəflər də fəth olunacaq, daim yenilənən Yeni Azərbaycan Partiyası yeni proqramında qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirəcəkdir. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi aia.az Geri dön |