Ana Sayfa > Özəl > Fransa Senatının qəbul etdiyi qətnamə iftiradan başqa bir şey deyil
Fransa Senatının qəbul etdiyi qətnamə iftiradan başqa bir şey deyil23-11-2022, 09:44. Yazar: sevinc1 |
Fransa tarix boyu işğal siyasəti yürüdüb və günahsız insanlara qarşı qətliamlar törədib. Özünü “demokratiyanın beşiyi” hesab edən Fransa təcavüzkar Ermənistana dəstək verməklə əslində beynəlxalq hüquqa böyük hörmətsizliyini nümayiş etdirir. 30 il Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycana qarşı Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul etməsi tamamilə absurddur. Yalan və iftiradan ibarət olan sənəd təxribat xarakterlidir. Bu fakt onu göstərir ki, Fransa heç vaxt ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə çalışmayıb. Həmsədr kimi Fransa Ermənistana dəstək verib. 44 günlük Vətən müharibəsi dövründə isə rəsmi Paris açıq şəkildə Ermənistanı dəstəkləməklə öz iç üzünü ortaya qoymuş oldu. Nə qədər gülünc olsa da, Fransa öz torpaqlarını azad etdiyinə görə Azərbaycanı ittiham etməyə çalışırdı. Hətta qələbədən bir neçə gün sonra Fransa Senatı ölkəmizə qarşı qərəzli sənəd qəbul etmişdi. Fransa hazırda da bu mənfi və zərərli tendensiyanı davam etdirir. Əslində, Senat tərəfindən qəbul edilən bu kağız parçası hər hansı hüquqi qüvvəyə malik deyil. Fransa parlamentariləri 30 il ərzində erməni işğalı altında olmuş torpaqlarımızın vandalizmə məruz qaldığını unutmamalıdırlar. Bu müddətdə Ermənistan tərəfindən işğal, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdalanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır. Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırlatmaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar ölkəmizin Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Fransa uzun illər müstəmləkə siyasəti aparıb və fransızlar tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib. Bundan başqa, 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə isə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə ‘Sena qətliamı” kimi daxil olub. Fransanın kiçik bacısı olan Ermənistan da ondan “nümunə” götürüb və ölkəmizə qarşı 30 il ərzində işğalçılıq siyasəti həyata keçirib. Bu dövrdə Fransa Ermənistanı dəstəkləyib. Fransa ikiüzlülük, riyakarlıq nümunəsidir. Dünyada müxtəlif vəhşiliklər törətmiş, soyqırımı həyata keçirmiş Fransa indi Azərbaycana dərs keçməyə çalışır. Bu dərsləri Ermənistana keçmək lazımdır. Beləliklə, Fransa Ermənistana işğal və qətliamlar üçün stimul verən bir ölkə olub. Ona görə də, bu iki ölkə bir-birini bu dərəcədə dəstəkləyirlər. Amma zaman əvvəlki zaman deyil. Azərbaycan regionda söz sahibi olan dövlətdir və prosesləri dövlətimizin lideri İlham Əliyev diqtə edir. Ona görə də Fransa Senatının qəbul etdiyi qətnamə iftiradan başqa bir şey deyil. Mayil Əliyev YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı aia.az Geri dön |