Ana Sayfa > Özəl / Parlament > Zəfərimizdən sonra bu torpaqlara yenidən qayıtmışıq
Zəfərimizdən sonra bu torpaqlara yenidən qayıtmışıq23-11-2022, 09:19. Yazar: sevinc1 |
Azərbaycanın bənzərsiz, möcüzəli, bəzən saatlarla qarşısında heyrət içərisində qaldığımız inanılmaz təbii gözəlliyə, yerlə göy arasına sığınan füsunkar coğrafi mövqeyə malik olan 2 rayonu – Laçın, Şuşa… Sanki Yaradan bu yerləri yaradarkən ilahi qüvvəsini, bütün gücünü ortaya qoymuş, sübut etmişdir ki, mən nələrə qadirəm. Dünyanın hansı gözəlliyinə bu üç rayonda rast gələ bilməzsən ki?.. Onların hər üçündə ayrı-ayrı coğrafi zənginlik, təbii füsun cəmlənib. Dəniz səviyyəsindən yüzlərlə metr yüksəklərə doğru bir Laçın, bir Şuşa, bir Kəlbəcər var. Göz baxdıqca uzanan dərələri, zirvəsi səmalarla öpüşən dağları, çılpaqlığından par-par parıldayan yalçın qayaları, aşağıdan yuxarıya doğru yüzlərlə metr məsafədə dolanbac yolları, bəzən üzərindəki səmanı əvəz edən dumanı-çəni, yalnız özünəməxsus gülü-çiçəyi, meşəsi, çəməni, çayı, bulağı ilə bir nağıldımı, əfsanədimi bu yerlər, bilmirəm, amma bizimdir. 30 ildi yad əllərdə idi, lakin artıq doğmasındadır… Bu 2 rayonun gözəllikləri fonunda təbiət özü onları bir üçbucağa sığdırmışdısa, tarixi Zəfərimizdən sonra bu torpaqlara yenidən qayıdışımızla və coğrafiyasına görə dövlətimizin başçısı mümkünsüzü mümkün etdi. Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 23 il ötür. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Beləliklə, Şuşanın işğal edilməsi nəticəsində Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin nəzarətinə keçib. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Alışov Canəli İlham oğlu, Azərbaycan Dövlət Pedaqoji Universiteti aia.az Geri dön |