Ana Sayfa > Təhsil > Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı


13-06-2016, 11:52. Yazar: admin


Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün iyunun 12-də keçirdiyi “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini elan edib.

Komissiyadan verilən məlumata görə, imtahanda 1096 abituriyent iştirak edib.

İmtahanda 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq məqbul qiymət alıb.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib.

Onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilib.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Geri dön