Ana Sayfa > İqtisadiyyat > Ağsuda Maşın Qolu kanalının 1200 metr hissəsi beton üzlüyə alınıb.

Ağsuda Maşın Qolu kanalının 1200 metr hissəsi beton üzlüyə alınıb.


23-11-2022, 08:59. Yazar: sevinc1
Ağsuda Maşın Qolu kanalının 1200 metr hissəsi beton üzlüyə alınıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov aia.az-a bildirib ki, Ağsu Suvarma Sistemləri İdarəsi 37071 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün 967 km suvarma kanalından istifadə olunur. Bunlardan 64 km-i beton kanallardır. Hər il olduğu kimi bu ildə idarə tərəfindən kanalların beton üzlüyə alınması prosesi davam edir. Hazırda rayonun əsas suvarma kanalı sayılan Maşın Qolu kanalında beton işləri həyata keçirilir. Uzunluğu 36 km-ə yaxın olan bu kanalın son illər artıq 10 km-i beton üzlüyə alınıb. Bu da kanalın xidməti ərazisində olan 10 min hektardan artıq əkin sahəsinin suvarılmasını yaxşılaşdırıb. 1980-ci ildən istifadəyə verilən Maşın Qolu kanalının beton örtüyü uzun illər istismar olunduğundan bəzi hissələri yararsız vəziyyətə düşmüşdü.
Ağsu Suvarma Sistemləri İdarəsi çay məcralarının təmizlənməsi, yaşayış və əkin sahələrinin sel sularından mühafizəsi üçün daş-beton bəndlərinin çəkilməsi və təmiri işlərini də həyata keçirir. İdarənin balansında olan 6700 metr uzunluqda daş beton bənddən Ağsu çayda 500 metrdən artıq hissəsi təmir olunub. Ondan 100 paqonometri əsaslı, 70 paqonometri isə cari təmir edilib. Bundan başqa çaylarda 95 min kub metr məcra təmizləmə işləri görülüb, 49 ədəd hidrotexniki qurğu təmir olunub. Suvarma kanalları isə 650 min kub metr həcmdə lildən təmizlənib, beton və nov kanallarda təmir işləri aparılıb.
Ağsu rayonunda suvarma mənbələri Girdimançay, Ağsuçay, Yuxarı Şirvan Kanalı və Cavanşir su anbarıdır. Bu il Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində əkilən kənd təsərrüfatı bitkiləri 3 dəfə suvarılıb.
Geri dön