Ana Sayfa > Dünya > Konqoda torpaq sürüşməsi:

Konqoda torpaq sürüşməsi:


23-11-2022, 00:20. Yazar: sevinc1
Konqoda torpaq sürüşməsi:

Konqo Demokratik Respublikasının şərqində güclü yağışın yaratdığı torpaq sürüşmələri nəticəsində azı 11 nəfər ölüb.

aia.az xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, Cənubi Kivu əyalətinin Kamituge kəndinə güclü yağışlar yağıb. Nəticədə su axınları torpaq sürüşməsinə səbəb olub və evlər uçub. Ölənlərlə yanaşı, daha 7 nəfər itkin düşmüş hesab olunur.

Kənddə xilasedicilər dağıntıları təmizləyir, zərərçəkənlərə yardım göstərilir.

aia.az
Geri dön