Ana Sayfa > İqtisadiyyat > Bakının mənzil bazarında qiymətlər sabitləşəcək
Bakının mənzil bazarında qiymətlər sabitləşəcək13-06-2016, 11:51. Yazar: admin |
“Ən böyük azalma kommersiya obyektləri bazarında olub”. Bakının mənzil bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb. Aia.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sektoru üzrə ekspert Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11% azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir: “İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04% (dollarda qiymətlər 0,51% artıb) azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23% (dollarla 1,77% artıb) artıb”. N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18% dollarda isə 1,72% artıb. Ən böyük azalma kommersiya obyektləri bazarında olub. Belə ki, qiymətlər manatda 2,15%, dollarda isə 1,62% azalıb. Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq: “Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə 3% ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha 2% artacağı istisna olunmur”. Geri dön |