Ana Sayfa > Manşet / Özəl / İdman / Seçilənlər-8 > Qol Güləşi üzrə 2022-ci il Ölkə Kuboku yarışının tarixi açıqlandı

Qol Güləşi üzrə 2022-ci il Ölkə Kuboku yarışının tarixi açıqlandı


22-11-2022, 15:41. Yazar: sevinc1
Qol Güləşi üzrə 2022-ci il Ölkə Kuboku yarışının tarixi açıqlandı

Azərbaycan Qol Güləşi Federasiyası və İronMaxx-Azərbaycan şirkəti dəvət edirlər!

10-11 dekabr 2022-ci il tarixində paytaxtın Sabunçu rayonunda yerləşən Bakı Gənclər Evində Qol güləşi üzrə ölkə Kuboku yarışı və Azərbaycan Qol Güləşi Federasiyasının 2022-ci ilin yekunlarına dair hesabat xarakterli tədbiri keçiriləcək.

Federasiya rəhbərliyi ölkənin bütün şəhər, rayon və regionlarında fəaliyyət göstərən 40-a yaxın nümayəndəlik rəhbərlərini, məşqçiləri və idmançıları bu yarışda ən fəal şəkildə iştirak etməyə çağırır. Yarışlarda uşaqlar, yeniyetmə və gənclər, böyüklər, həmçinin veteran və əlil idmançılar iştirak edə bilərlər.

45 kiloqramdan başlayaraq 110 kiloqramdan yuxarı çəkiyə qədər 13 çəki dərəcəsində keçiriləcək yarışda iki qolda ümumilikdə 78 nəfər qalib müəyyən ediləcək. Qaliblər İronMaxx-Azərbaycan şirkətinin sponsorluğu ilə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov tərəfindən idman qida əlavələri ilə mükafatlandırılacaqlar.

1-ci yeri tutan idmançılara hər qol üzrə 100 manat dəyərində,

2-ci yeri tutan idmançılara hər qol üzrə 50 manat dəyərində,

3-cü yeri tutan idmançılara hər qol üzrə 50 manat dəyərində İronMaxx idman qida əlavələri təqdim olunacaq. Həmçinin 400 nəfər idmançıya İronMaxx idman köynəkləri hədiyyə veriləcək. İlin yekun nəticələrinə əsasən ən məhsuldar fəaliyyət göstərən nümayəndələr və məşqçilər Fəxri fərman və pul mükafatları ilə təltif olunacaqlar. Azərbaycan Qol Güləşi Federasiyası bütün uşaq, yeniyetmə və gəncləri öz güclərini qol güləşində sınamağa dəvət edir.

Ölkə Kuboku yarışında iştirak etmək istəyənlər dekabrın 10-da səhər saat 9-dan saat 11-ə qədər çəki prosedurundan keçməlidirlər. İştirakçının şəxsiyyət vəsiqəsinin surəti və komandaların sifarişləri təqdim olunmalıdır. Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev adına istirahət parkı.

Yarışın keçirilməsi və bütün digər məsələlərlə bağlı ətraflı məlumatları federasiyanın aqgfofficial rəsmi instaqram səhifəsindən və (010) 313-86-83 telefon nömrəsinə zəng etməklə əldə edə bilərsiz.

Bizim məqsədimiz Azərbaycanda hər bir idmançını keyfiyyətli və orijinal idman qidaları ilə təmin etməkdir.

İronMaxx – sizin nömrə bir Almaniya istehsalı idman qidanız!



aia.az
Geri dön