Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”
Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”26-08-2015, 18:13. Yazar: admin |
Xalq artisti Ramiz Əzizbəyli səhhəti ilə bağlı danışıb Sənətkar Lent.az-a açıqlamasında müalicəsini ev şəraitində davam etdirdiyini, özünü yaxşı hiss etsə də yeriməyində hələ də problem olduğunu vurğulayıb: “Əhval-ruhiyyəm yaxşıdır. Müalicələrin təsiri var. Dərmanları da getdikcə azaldıram. Həkimə gedib-gəlirəm, müayinə edirlər. Hər şey yaxşıdır. Hamıya minnətdaram. Şəhərə, küçəyə çıxıram, gəzirəm. Sərbəst yeriyə bilmirəm, bir az qıçımı çəkirəm. O da yaşımla bağlıdır. Şükür, yataqda deyiləm. Yaradıcılığımı dayandırmışam. Artıq təqaüddəyəm, universitetə də gedib-gəlmirəm”. Geri dön |