Ana Sayfa > Qərbi Azərbaycan / Seçilənlər-3 / Manşet > Körpələrin qanı dondurulacaq
Körpələrin qanı dondurulacaq20-06-2015, 17:41. Yazar: admin |
Azərbaycanda yeni doğulmuş körpələrin qan bankı yaradılacaq. Yeni yaradılacaq banka yığılan qan uşaq doğularkən onun göbək ciyəsindən götürüləcək. Bunun üçün valideynlər hələ hamiləlik zamanı göbək bağındakı qanın dondurlması üçün bankı seçməli və doğum gerçəkləşdikdən 24 saat ərzində dondurulması üçün lazımı mərkəzə çatdırmalıdırlar. Bu isə kifayət qədər bahalı bir prosedur olduğundan Millət vəkilləri yeni qanun qəbul edərək onun dövlət hesabına aparılmasını təklif edir. Millət vəkili Musa Quliyev deyir ki, Tibb Universitetində kök hüceyrələrinin öyrənilməsi, bankın yaradılması və köçürülməsi laboratoriyası üzərində iş gedir. Bundan əlavə buraya xaricdən ixtisaslı kadırların və alimlərin cəlb olunması planlaşdırılır. Çünki, kök hüceyrələri bankının yaradılması, bu işin maliyyələşdirilməsi araşdırma tələb edən işdir. Hazırda hüquqi bazanın yaradılması üçün qanunvericiliyin əsasları öyrənilir. Ağır xəstəliklərin müalicəsində körpə qanından istifadə olunur. Bəzi ölkələrdə valideynlər övladlarının göbək bağındakı qanın dondurulması üçün hər il müəyyən miqdarda vergi də ödəyirlər. ABŞ, Kanada, İspaniya, Almaniya, Yaponiyada isə göbək bağı qanı hökümətin maliyyələşdirdiyi dövlət banklarında qorunur. İstənilən zaman dondurulmuş göbək bağı qanını əldə etmək üçün valideynlərə hələ hamiləlikdə verilmiş sertifikatı göstərmələri yetərlidir. Bu qan insanın ozünə 100, ata anasına 50 bacı qardaşa isə 25 faiz təsir edə bilir. Artıq bu təcrübə Azırbaycanda da var. Amma özəl klinikalarda. Qanın dondurulması isə hazırda 5 min manata başa gəlir. Ginekoloq Gülnarə Sultanqızı isə bildirdi ki, bu qan bankı onkoloji xəstəliklərinin, maddələr mübadiləsinin pozulması zamanı yaranan şəkər xəstəliyinin, bütün irsi xəstəliklərin yaranma riskini aşağı salır. Göbək bağı uşaqdan kəsildikdən sonra onu qablaşdırırlar və bir nümünəsini laboratoriyaya göndərərək yoxlanılmasını təmin edirlər. Bu proses 10 dəqiqə ərzində gerçəkləşdirildiyi üçün onu normal doğuşdan və hətta, qeysəriyyə əməliyyatından bir neçə dəqiqə sonra etmək mümkündür. Bu qanın dondurulması zamanı alınan hüceyrə köklərindən daha sonra QİÇS, xərçəng, skleroz, parkinson, miokard infarktı, insult - ümumilikdə107 -yə kimi ağır xəstəliyin müalicəsində geniş istifadə edilir. Bir çox ölkələrdə artıq uzun illərdir ki, yeni doğulmuş körpələrin göbək bağındakı qanı donduraraq onların gələcəkdə tutula biləcəkləri ən ağır xəstəliklərin müalicəsində rahatlıqla istifadə etmək üçün saxlayırlar. Geri dön |