Ana Sayfa > Manşet / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rola malikdir

Eltun Süleymanov: Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rola malikdir


22-11-2022, 12:11. Yazar: sevinc1
Eltun Süleymanov: Yeni Azərbaycan Partiyası  müasir Azərbaycanın siyasi həyatında mühüm rola malikdir

Ölkəmizin siyasi həyatında mühüm rol oynayan, regionun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası 30 ildir ki fəaliyyət göstərir. Dövrümüzün tarixi şəxsiyyəti, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış bu partiya 30 ildə həm xalqın dərin sevgi və rəğbətini qazanmış, həm də dövlət quruculuğu sahəsində çox böyük uğurlara imza atmağı bacarmışdır. Az bir müddətdə qazanılan nailiyyətlər miqyasına görə bütöv bir nəslin yetişməsində. Yeni dövlətçilik modelinin yaranması və inkişafı sahəsində uğurlu bir yol keçmişdir. Tarixin sınaqlarından şərəflə çıxan, 30 ili zəngin uğurları ilə tariximizə yazan,  bu gün nəinki ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.
"Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu.
 Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni 
Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil.  Bu partiyaya 
mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız 
təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha 
da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. 
Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə 
çevriləcəkdir".
 
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd etmişdir ki, “YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Həmin dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 800 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində partiyanın sədir, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi”.

E.Süleymanov partiyanın ordu quruculuğu, dövlətçilliyin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriərək qeyd etmişdir ki, bunun göstəricisi 44 günlük savaşda qazandığımız möhtəşəm qələbədir. Bu savaşda Cənab Prezidentin də qeyd etdiyi kimi “xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.

“YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Bu gün ölkənin həyatında başlayan yeni bir dövrü də partiyamız öz ənənələrinə uiyğun olaraq istiqamətləndirir. Ölkədə, xüsusən azad olunmuş ərzilərdə həyata keçirilən quruculuq işləri, yaşayış obyektlərinin tarixi-mədəni abidələrin yenidən qurulması kimi nəhəng proseslərdə partiya mühüm rol oynayır. Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. 
Bu vəzifələrin öhdəsindən gəlkmək, Azərbaycanı dünyanın ən qabaqcıl ölkəsinə çevirmək üçün Yeni Azərbaycan partiyası bütün qüvvələrinisəfərbər edəcək və partiyanın qurucusu olan Ulu Öndərin vəsiyyətini, bu gün partiyanın sədri olan cənab Prezident İlham Əliyevin tapşırıqlarını və müəyyən etdiyi fəaliyyət istiqamətlərini uğurla həyata keçirəcəkdir”. Əminəm ki partiyamız bu mühüm vəzifənin öhdəsindən gələcək, xalqla partiyanın birliyi gələcək Azərbaycanın taleyində mühüm rol oynayacaqdır-deyə Eltun Süleymanov fikrini yekunlaşdırmışdır.
Geri dön