Ana Sayfa > İqtisadiyyat / Karusel > Azərbaycan çay şirkəti bağlanır
Azərbaycan çay şirkəti bağlanır22-11-2022, 11:19. Yazar: sevinc1 |
“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “APA-Economics”ə şirkətin idarə heyətindən bildirilib. Məlumata görə, yığıncaqda səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək. Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 070 manat, qanuni təmsilçisi isə Gülqayıt Hacıəli qızı Quliyevadır. aia.az Geri dön |