Ana Sayfa > Özəl > YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 30 İLİ TAMAM OLDU
YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 30 İLİ TAMAM OLDU22-11-2022, 11:09. Yazar: sevinc1 |
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 ili tamam oldu. Artıq onilliklərdir ki, ölkənin aparıcı siyasi təşkilatı olan YAP sosial-siyasi islahatların və iqtisadi tərəqqinin aparıcı qüvvəsi kimi öz mövqeyini daha da gücləndirir. Hakim partiya yarandığı gündən ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkədə siyasi-iqtisadi sabitliyin, sürətli iqtisadi inkişafın təmin edilməsinin, vətəndaşların rifah halının yaxşılaşdırılmasının ideoloji əsaslarının yaradılması istiqamətində böyük layihələrə, aksiyalara imza atıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqımızın müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana - Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalılarının, tanınmış insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının ulu öndər Heydər Əliyevə ümumxalq müraciəti ünvanlaması, Ümummilli Liderin müraciətə müsbət cavabı, həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin partiyanın ilk Sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ulu Öndərimiz xalqını o çətin vəziyyətdə qoya bilməzdi. Bir tərəfdə Gəncə qiyamları, digər tərəfdə- şimalda qondarma hakimiyyət, cənubdakı hadisələr, yəni bütün Azərbaycan sözün həqiqi mənasında xaos içində çabalayırdı. Ona görə Ulu Öndərimiz xalqın təkidli tələbi, xahişi ilə Naxçıvandan Bakıya gəldi, Gəncəyə getdi. Oradakı qiyamı yatırandan bir neçə gün sonra Azərbaycan Ali Sovetinin Sədri seçildi. Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə nitq söyləyən Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkəmizin ağır siyasi-iqtisadi vəziyyətdə olduğunu vurğulayaraq bildirdi ki, “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Ölkə başçısı qeyd etdi ki, belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi.Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi. “1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu” deyən Prezident İlham Əliyev həmçinin vurğuladı ki, bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar: “Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı , Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı, YAP-ın fəal üzvü aia.az Geri dön |