Ana Sayfa > Siyasət > Kamilə Əliyeva: YAP Azərbaycanın suverenliyini hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır

Kamilə Əliyeva: YAP Azərbaycanın suverenliyini hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır


21-11-2022, 14:30. Yazar: sevinc1
Kamilə Əliyeva: YAP Azərbaycanın suverenliyini hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır

Ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə öz xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi yazılıb. İlk dəfə Azərbaycana hakimiyyətə gələn Heydər Əliyev ağır sosial - iqtisadi durumda olan Azərbaycanı dirçəltdi, insanlarımızın güzəranı, yaşayış səviyyəsi yüksəldi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Sovetlər ittifaqı dağıldıqdan sonra Azərbaycanın yenidən müstəqillik əldə etdiyini qeyd edən deputat təəssüflə bildirib ki, səriştəsiz, dövlət idarəçiliyindən xəbəri olmayan insanların hakimiyyəti ələ keçirdiyini bildirib. “Respublikamızda ictimai - siyasi vəziyyət getdikcə ağırlaşırdı. Ermənistandan zorla öz yurd-yuvalarından qovulan azərbaycanlılar respublikamızın bütün rayonlarına köçməyə məcbur oldular. Bu o zaman idi ki, Xankəndində erməni millətçi və separatçıların fəallaşması və Qarabağın Azərbaycandan ayrılması tələbləri səslənirdi. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər. Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələrin qarşısını almaqda aciz idilər. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü özlərində cəsarət tapıb güclü və qətiyyətli siyasətçi, dövlət idarəçiliyini mükəmməl bilən, dahi şəxsiyyət olan Heydər Əliyevi hakimiyyətə dəvət etmədilər. Həmin dövrdə Heydər Əliyev hakimiyyətdə olsaydı ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilməzdi, ölkə əhalisi çıxılmaz vəziyyətə düşməzdi. Belə ağır günlərdə Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziyalısı, nüfuzlu şəxsi Heydər Əliyevə müraciət göndərdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olunurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi”, - deyə K.Əliyeva qeyd edib.

Deputat bildirib ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda, həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan YAP-ın təməli qoyuldu. Bu gün YAP-ın üzvləri ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliklərini nümayiş etdirirlər.

K.Əliyeva vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.

“Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz - üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev qısa bir müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı. 1993-cü ildə YAP-ın Sədri Heydər Əliyev xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və YAP iqtidar partiyası oldu. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın ən ağır durumunda onun imdadına yetişdi. Həmin tarixdən bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu”, - deyə deputat diqqətə çatdırıb.

Dövrün tələblərinə uyğun olaraq, hakim Yeni Azərbaycan Partiyasında mütəmadi islahatların aparıldığını bildirən K.Əliyeva deyib: “YAP-ın VII Qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilib. Azərbaycandakı reallıqları nəzərə alaraq bütün sahələrdə islahatlar aparılır. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar mərhələsinə qədəm qoyuldu. İkinci Qarabağ müharibəsi zamanı xalqın sıx vəhdəti, siyasi həmrəyliyi və milli birliyi də bunu təsdiq etdi. Siyasi əqidəsindən və mövqeyindən asılı olmayaraq, hamı ölkə Prezidentinin ətrafında bir yumruq kimi birləşdi. Nəticədə 44 gün ərzində düşmən diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur edildi.

YAP, həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan edib. YAP Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır. YAP Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAP- dəstəkləyir və partiyanın Sədri, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidenti İlham Əliyevi özlərinin lideri hesab edir”.
Geri dön