Ana Sayfa > Manşet / Siyasət > Tahir Budaqov: Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə yeniliklər gətirdi
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə yeniliklər gətirdi21-11-2022, 16:01. Yazar: sevinc1 |
![]() Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə yeniliklər gətirdi. Bu sözləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyası faktiki olaraq 30 il ərzində ölkəmizdə demokratik, siyasi mühitin yaradılmasının tərəfdarı olub. Lakin son vaxtlar, xüsusilə də ölkəmizin tarixi Zəfərindən sonra Azərbaycanda və regionda yeni geosiyasi reallıqlar yaranıb. Məhz həmin müharibə dövründə də Azərbaycan xalqı ümummilli maraqlar naminə möhkəm bir yumruq kimi birləşmək əzmində olduğunu göstərdi. Təbii ki, bu yeni reallıqlar şəraitində siyasi partiyalar arasında münasibətlərin də yeni müstəvidə qurulmasına ehtiyac yaranıb. Prezident İlham Əliyev öz çıxışlarında yeni siyasi konfiqurasiya ilə bağlı mesajlarını verib. Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə işlər davam edir. Ümummilli maraqlar naminə siyasi partiyaların hər zaman konstruktiv şəkildə dialoq qurması və əməkdaşlıq etməsi üçün imkanlar və perspektivlər var. Geri dön |