Ana Sayfa > Ölkə > Bakıda qadın sürücü piyadanı vurub

Bakıda qadın sürücü piyadanı vurub


21-11-2022, 15:36. Yazar: sevinc1
Bakıda qadın sürücü piyadanı vurub

Paytaxtın Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub.

Xəsarət alan şəxs hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Geri dön