Ana Sayfa > Seçki 2024 > Gədəbəy rayon Cəfərli kənd sakini Şəhid Həsənov Tofiq Etibar oğlunun məzarı ziyarət olunub

Gədəbəy rayon Cəfərli kənd sakini Şəhid Həsənov Tofiq Etibar oğlunun məzarı ziyarət olunub


21-11-2022, 14:39. Yazar: sevinc1
Gədəbəy rayon Cəfərli kənd sakini Şəhid Həsənov Tofiq Etibar oğlunun məzarı ziyarət olunub

Bu gün- 21.11.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayon Cəfərli kənd sakini Həsənov Tofiq Etibar oğlunun ad günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri , Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

aia.az xəbər verir ki, Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön