Ana Sayfa > Siyasət > Fatma Yıldırım: Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır
Fatma Yıldırım: Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır21-11-2022, 12:33. Yazar: sevinc1 |
![]() “30 ildə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalılarımızın təşəbbüsü və fəal iştirakı ilə yaradılıb. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər. 1992-c ildə noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın əsas missiyası yeni müstəqilliyini elan etmiş respublikamızı düşdüyü dərin böhrandan xilas etmək, onu inkişaf yoluna çıxarmaqdan ibarət idi. Bu missiya uğurla yerinə yetirildi. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənərək müstəqil dövlətimizin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Bu gün Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Deputatın sözlərinə görə, bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq Prezidentimizin ətrafında sıx birləşmişik. Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər var və YAP üzvləri də bu yolla addımlayır. Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır. “2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımız və ən müasir silahlarla təmin olunmuş rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Qazanılmış bütün bu uğurlarda YAP üzvlərinin də böyük payı var. Yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün imkanlarını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, ictimaiyyətin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Prezident, Milli Məclis və bələdiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Bu ilin mart ayında keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkədə YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını göstərir. “Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edən partiyamızın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək”,-deyə deputat vurğulayıb. Geri dön |