Ana Sayfa > Özəl / Parlament > Cənubi Qafqazın ən böyük ictimai-siyasi birliyi olan YAP Azərbaycanın çiçəklənmə və inkişaf dövrünün ən mühüm səbəblərindəndir
Cənubi Qafqazın ən böyük ictimai-siyasi birliyi olan YAP Azərbaycanın çiçəklənmə və inkişaf dövrünün ən mühüm səbəblərindəndir21-11-2022, 10:24. Yazar: sevinc1 |
Şahin Əliyev, Əbədi Birlik GİB-nin sədri, ictimai-siyasi fəal Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Cənubi Qafqazın ən böyük ictimai-siyasi birliyi olan Yeni Azərbaycan Partiyası Azərbaycanın çiçəklənmə və inkişaf dövrünün ən mühüm səbəblərindəndir. Ümummilli lider Heydər Əliyevin fikirləri, uzaqgörənliyi və səyi sayəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli tərəqqi yoludur. 2003-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin siyasi məktəbini bütün mövzularda uğur və qətiyyətlə həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi və regionun aparıcı siyasi təşkilatına çevrildi. Azərbaycan öz layiqli mövqeyini dünyada göstərdi. Yeni Azərbaycan Partiyasının 30 ili münasibətilə Azərbaycan xalqını təbrik edirəm! Şahin Əliyev, Əbədi Birlik GİB-nin sədri, ictimai-siyasi fəal aia.az Geri dön |