Ana Sayfa > Gündəm > Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirildi
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirildi20-11-2022, 18:26. Yazar: sevinc1 |
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. aia.az-a bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Noyabrın 21-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq. Geri dön |