Ana Sayfa > Cəmiyyət > GEY-klubda qan su yerinə axdı: 50 adam öldürüldü

GEY-klubda qan su yerinə axdı: 50 adam öldürüldü


13-06-2016, 10:56. Yazar: admin


ABŞ-ın Orlando ştatında Pulse gey-klubu
Son məlumata görə ABŞ-ın Orlando ştatında Pulse gey-klubunda silahlı şəxsin qurbanlarının sayı 50-yə çatıb.

Aia.az virtualaz-a istinadən xəbər verir ki, bu barədə mer Baddi Daer bildirib. Bu, ABŞ-d 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır. Hücumu həyata keçirən şəxsin adı məlumdur-bu, müsəlman ailəsindən çıxmış Ömər Matindir. 29 yaşlı Ömər Matinin ailəsi Əfqanıstandan olan miqrantdır. Hakimiyyət orqanları hadisəni “terror aktı” kimi xarakterizə edir, lakin hücumu həyata keçirən şəxsin motivləri haqda birmənalı məlumat yoxdur.

Bununla belə polis baş verənləri ötən ilin noyabrında Parisdə İŞİD terrorçularının törətdiyi hücumla müqayisı edir. Bildirilir ki, terrorçunun polislə danışıqlar zamanı irəli sürdüyü tələblər bu qənaətə gəlməyə əsas verir. Məlumata görə terrorçu yarımavtomat AR15 tüfəngi və tapança ilə silahlanıb, o, onlarla adamı girov götürüb və 3 saat ərzində güllələyib. Polis sonda bara hücum edəərk terrorçunu güllələyib.

Geri dön